• info@gafarcompaniesgroup.az
  • +99412 488 63 80

Təhlükəsizlik

Ən çox qəzaların baş verdiyi yerlərdən biri də məhz tikinti yerləridir. Bu iş qəzaları bəzən ölümlə də nəticələnir. Xüsusən tikilməkdə olan çoxmərtəbəli binalar və ya yer altı qazıntı, tunel tikilişlərində, əgər işçilərin təhlükəsizliyi təmin edilmədikdə, belə qəzalar qaçılmaz olur. Məlumdur ki, işçilər xüsusi geyim forması, iş ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək, əlcəklə təmin edilməlidir. Onların bu vasitələrdən istifadə etməsinə isə nəzarət olmalıdır. Həmçinin işçinin həyat təhlükəsizliyini təmin etmək üçün onu əmək müqaviləsi ilə işə cəlb etmək daha məqsədəuyğundur. Bu sahədə istifadə olunan avadanlıqlar, materiallar, ağır tonlar üçün nəqliyyat vasitələri , qaldırıcı kranlar, qurğular və  mexanizimlər  bütün bunlar insanların həyat və sağlamlığı üçün  təhlükə riskini artırır. Buna görə də tikinti sahəsində mütləq təhlükəsizlik qaydalarına əməl edilməlidir.  İşçilər fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunmalıdır. İşin gedişatına uyğun baş geyimi, ayaq geyimi,  umiforma, hündürlükdə işləmək üçün kəmər və digər qoruyucu vasitələrdən istifadə etməlidirlər. Məlum məsələdir ki, tikinti sahəsinin ərazisində mühafizə zonası yaradılmalıdır. Bu mühafizə zonasına kənar şəxslərin buraxılması yolverilməzdir. Bütün bu işlərə kompleks yanaşmaq lazımdır. Bu, kompleks görülən tədbirlər planıdır. Təhlükəsizlik qaydalarına əməl olunmazsa, təbii ki, bədbəxt hadisələr də qaçılmaz olacaq. Hər şeydən öncə təhlükəsizlik birinci yerdə olmalıdır.