Tikintidə təhlükəsizlik, hər hansı tikinti layihəsinin vacib bir hissəsidir
və inşaatçılar, podratçılar öz işçilərinin sağlamlığını və təhlükəsizliyini
həmişə üstün tutmalıdırlar. Tikintidə işləyənlərin təhlükəsizliyini təmin
etmək təkcə mənəvi məsuliyyət deyil, həm də qanuni tələbdir. Ona
görə də “Qafar Şirkətlər Qrupu” 2012-ci ildən bəri, mülki və sənaye
tikintiləri bədbəxt hadisə baş vermədən aparır, bu, bizim əsas
məqsədimizdir – bədbəxt hadisənin sıfır olması.